Ukraynanın keçmiş baş prokuroru ölkəsini tərk etdi

Ukraynanın keçmiş baş prokuroru ölkəsini tərk etdi<span class="qirmizi"></span>

Keçmiş baş prokurorun xaricə səfər etmək üçün üç cəhdi olub.

Press.az xəbər verir ki, eks-baş prokuror Ruslan Ryaboşapka üçüncü cəhdlə Ukraynanı tərk edə bilib.O, sərhədi üç uşaq atası kimi keçib.Bu barədə özü məlumat yayıb.

"Sərhəd xidməti 3 övladımın doğum haqqında şəhadətnaməsini yoxladı. Sonuncu dəfə getmək istədikdə məndən götürdülər. Onların həqiqiliyini yoxladılar və mən çıxa bildim. Bu gün heç bir şikayətim yox idi", - Ryaboşapka deyib.

Eyni zamanda, o, Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib və səfərinin məqsədini də açıqlayıb.

Zeynab Hüseyn

 

Mənbə: press.az