Lukaşenkodan KTMT-yə HƏYƏCAN TƏBİLİ: “Sabah yox ola bilərik”

Lukaşenkodan KTMT-yə HƏYƏCAN TƏBİLİ: “Sabah yox ola bilərik”<span class="qirmizi"></span>

 

Belarus prezidenti “Putin NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini “birliyə” çağırıb.

 

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə KTMT-nin toplantısındakı çıxışında danışıb.

O, KTMT üzvlərini Qərbə qarşı daha sıx birləşməyin vacibliyinə inandırmağa çalışıb:

Ölkələrimiz tezliklə birləşməsə, siyasi-iqtisadi-hərbi əlaqələrimiz gücləndirilməsə, sabah yox ola bilərik. NATO-nun genişlənməsinə qarşı Rusiya təkbaşına mübarizə aparmamalıdır.

Heç bir ölkəyə NATO təhlükə yaratmasa da, onlar Şərqi Avropada hərbi mövcudluqlarını genişləndirir, genişmiqyaslı təlimlər keçirirlər.

Əgər KTMT üzvləri vaxtında vahid cəbhədə birləşsəydilər, Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq olunmazdı”.

www.yenicag.az

Mənbə: yenicag.az