ABŞ Nigeriyaya AH-1Z helikopterlərinin satılmasına razılıq verib

ABŞ Nigeriyaya AH-1Z helikopterlərinin satılmasına razılıq verib<span class="qirmizi"></span>

 

ABŞ Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində Nigeriyaya AH-1Z Hücum Helikopterinin satılmasına razılıq verib. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Sözügedən satışa 12 AH-1Z hücum helikopterinin satılması daxildir. Razılaşmanın həyata keçirildiyi təqdirdə Nigeriya 12 AH-1Z helikopteri, 28 T-700GE401C mühərriki, 2000 APKWS idarəetmə sistemi, AN/AV-9 gecəgörmə sistemi, 20 mm çaplı M197 topu əldə edəcək.

Müqavilənin dəyəri 997 milyon ABŞ dollarıdır.

Satış, həmçinin ABŞ Hökuməti və podratçı nümayəndələrindən proqram və məlumat sənədlərində iştirak etmək üçün çoxsaylı səfərlər və 5 il müddətində müvəqqəti təlim və texniki dəstək tələb edəcək.

AH-1Z “Viper” helikopterləri ABŞ-ın “Bell Helicopter Textron” şirkəti tərəfindən ABŞ Dəniz Piyadaları Korpusunun tələblərinə cavab vermək üçün hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az