Bizə aid olan hər şeyin bizim olmasını istəyirik - Kuleba

Bizə aid olan hər şeyin bizim olmasını istəyirik - Kuleba<span class="qirmizi"></span>

Bizə aid olan hər şeyin bizim olmasını istəyirik.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba atəşkəsə gətirib çıxara biləcək Rusiyaya potensial ərazi güzəştlərinin olub-olmayacağı barədə danışarkən deyib.

“Putinin simasını xilas etməyin yollarını axtarmaq sadəcə olaraq yanlış yanaşmadır. Qoy Putin özünü xilas etməyin yolunu tapsın”, - Kuleba qeyd edib.

O vurğulayıb ki, Ukrayna Donbasın, eləcə də Krımın işğal olunmuş əraziləri də daxil olmaqla, tam ərazi bütövlüyünü bərpa etməyə çalışır.

Mənbə: axar.az