Rusiyanın əməliyyat üçün artıq donanması yoxdur - Ekspert

Rusiyanın əməliyyat üçün artıq donanması yoxdur - Ekspert<span class="qirmizi"></span>

Rusiyanın Dnestryanı adlanan əraziyə amfibiya və ya havadan eniş riski yalnız o halda yarana bilər ki, ruslar Nikolayevi yarıb Odessaya yaxınlaşa bilsinlər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Sergey Qrabski deyib.

“Qoşunların köçürülməsi və dəniz əməliyyatı üçün rusların artıq donanması yoxdur. Və belə bir məsafədə hava əməliyyatı cəfəngiyatdır. Belə bir əməliyyatı həyata keçirmək üçün hansı qüvvələr və vasitələr göyə qaldırılmalıdır? Bundan əlavə, eniş qüvvəsi bir mühitdə 72 saat fəaliyyət göstərə bilər. Bundan sonra quru qoşunları onlara yaxınlaşmalıdır”, - ekspert söyləyib.

Mənbə: axar.az