Putin Tokayevlə görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında görüş olub.

Axar.az xəbər verir ki, Putin Tokayevlə görüşdə Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərin yaxşı inkişaf etdiyini, həmçinin onu təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etməyə dəvət edib.

“Ümumiyyətlə, ölkəmizdə hər şey yaxşı inkişaf edir, son bir ildə ticarət dövriyyəmiz 34 faizdən çox artıb, Rusiya şirkətləri tərəfindən Qazaxıstan iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə qoyulub. Bizim ikitərəfli formatda danışacaqlarımız var: həm KTMT çərçivəsində artıq müzakirə etdiyimiz təhlükəsizlik məsələləri, həm də iqtisadi məsələlər”, - Putin qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb

SONRAKI XƏBƏR

Robert Köçəryanla Serj Sarkisyan görüşməyib - Sonuncunun ofisi bunu təkzib edir