Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb

Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb<span class="qirmizi"></span>

Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda 2 bürünc medal qazanıb.

"Report" xəbər verir ki, yarışda ölkəni təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında 3-cü yeri tutublar.

Analoji uğura Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlük də imza atıb.

Mənbə: report.az