Ermənistanın yolu daralır| Ukrayna böhranı Azərbaycanın Qərb üçün əhəmiyyətini artırdı

Ermənistanın yolu daralır| Ukrayna böhranı Azərbaycanın Qərb üçün əhəmiyyətini artırdı<span class="qirmizi"></span>

“Dünya nizamı gözümüzün qabağında dəyişir, nəticəsinin nə olacağını heç kim bilmir. Belə dövrlər Ermənistan kimi ölkələr üçün təhlükəlidir, bunu qeydə almaq və başa düşmək lazımdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Hollandiyaya rəsmi səfəri zamanı deyib.


O bildirib ki, Ermənistan üçün balanslaşdırılmış siyasət yürütmək asan deyil: “Lakin biz buna nail olmaq üçün hər şeyi etməyə çalışırıq”.

Sualların konteksti ondan ibarətdir ki, bir tərəfdən Ermənistandan həqiqətən də ən azı adekvat balansa malik olacağı gözlənilir. Digər tərəfdən, İrəvan böyük təsir zonasına malik olan Rusiya Federasiyasının müttəfiqidir. Eyni zamanda qeyd etmək lazımdır ki, indiki halda Qərbin aparıcı dövlətlərindən birinin siyasi institutunda belə məsələlərin müzakirəyə çıxarılması Rusiyanın narazlığına səbəb ola bilər.

Məsələ Ermənistan üçün həqiqətən də həyati əhəmiyyət kəsb edir, Rusiya ilə məlum münasibətlərinə baxmayaraq, Ermənistan Qərblə münasibətlər qurmağa can atır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Türkiyə ilə münasibətlərin normallaşdırılması kimi məsələlərdə Qərb əsas aktordur.

Qərblə Rusiya arasında qarşıdurma gücləndikcə, qarşıdurma tərəfləri üçün fərqli, lakin praktiki olaraq eyni dərəcədə strateji əhəmiyyətə malik Qafqazda yerləşən Ermənistanın yolu daralır.

Azərbaycan isə həm Rusiya, həm də Qərblə münasibətlər qurmaq üçün öz strateji imkanlarından, geosiyasi və geoiqtisadi mövqeyindən uğurla istifadə edir. Faktiki olaraq, Ukrayna böhranı Azərbaycanın Qərb üçün əhəmiyyətini artırıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az