Rusiya “Moskviç” avtomobillərinin istehsalını bərpa edir

Rusiya “Moskviç” avtomobillərinin istehsalını bərpa edir<span class="qirmizi"></span>

Moskvada əfsanəvi “Moskviç” brendi avtomobillərinin istehsalına başlanılacaq.

 

Bakupost.az xəbər verir ki, istehsal paytaxtdakı “Reno” avtomobil zavodunda başlayacaq.

Belə ki, fransız kompaniyasının Moskvada olan aktivləri şəhər meriyasının balansına keçirilir. Buradakı "Reno" zavodundan tam gücü ilə istifadə olunacaq.

Bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

O deyib ki, yüngül minik maşını, əfsanəvi "Moskviç" yeni dizaynda qayıdır, tarixi brend bərpa edilir.

Qeyd edək ki, "Reno" şirkətinin Rusiyadan gedişindən sonra zavod boş, işçiləri işsiz qalmışdı.

Əmək kollektivini qorumaq üçün zavod meriya balansına verilib və dövlət burda avtomobil istehsalını bərpa edərək, gələcəkdə ekoloji elektromobillər istehsal edəcək.

Aygün Musayeva

BakuPost

Mənbə: www.bakupost.az