Orban: “Sanksiya Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişməyəcək”

“Avropa İttifaqının sanksiyaları yalnız kağız üzərində qorxuducu görünür və çətin ki, Rusiyanı Ukrayna ilə bağlı siyasətini dəyişməyə məcbur etsin”. AzVision.az xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı deyib. “Bu gün Avropanın qonşu dövlətin ərazisindəki münaqişənin öhdəsindən gəlmək üçün heç bir vasitəsi yoxdur, lakin qitə liderləri əmindirlər ki, sanksiyaların köməyi ilə Rusiyanı diz çökdürmək olar. Ancaq bu, yalnız kağız üzərində mümkündür” – deyə, o bildirib.

Orban əlavə edib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarına şübhə ilə yanaşsa da, Macarıstan öz təhlükəsizliyinə, o cümlədən enerji sektoruna zərər vermədiyi müddətcə onların tətbiqinə mane olmayacaq.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

“Formula 1”: bu istiqamətdə yollar daraldılacaq

SONRAKI XƏBƏR

2026 və 2028-ci il Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq