Bu, Rusiyanın müharibədə son ümididir - Piontkovski

Bu, Rusiyanın müharibədə son ümididir - <span class="qirmizi">Piontkovski</span>

Rusiya hakimiyyətinin Ukrayna ilə müharibədə son ümidi atəşkəsin bağlanmasıdır ki, bu da sonradan çox uzun müddət müzakirə oluna bilər.

Axar.az xəbər verir ki, bunun rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Moskvanın öz üzünü xilas etmək üçün Ukrayna ərazisinin heç olmasa bir hissəsini “dişlərində” saxlaması çox vacibdir”, - politoloq bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın “diplomatik və təbliğat hücumu” məhz bu istiqamətdə baş verəcək:

“Siz atəşkəs bağlaya və sonra çox uzun müddət diplomatik müzakirələr apara bilərsiniz. Bu, Moskvanın son ümididir”.

Mənbə: axar.az