Şuşa həbsxanası muzeyə çevriləcək? - AÇIQLAMA

Şuşa həbsxanası muzeyə çevriləcək? -   <span class="qirmizi">AÇIQLAMA</span>

Şuşa həbsxanasının muzey kimi istifadəyə verilməsi, bu şəhərə səfər edənlərin həbsxanaya ziyarətçi kimi aparılması təklif edilib.

Belə təkliflə jurnalist Bəxtiyar Hacıyev Şuşadan hazırladığı reportajda və feysbuk sosial şəbəkəsində çıxış edib.

Sosial şəbəkə istifadəçiləri jurnalistin bu təklifini dəstəkləyib, dünyada belə təcrübələrin mövcud olduğunu bildiriblər.

Bakupost.az məsələ ilə bağlı deputat Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Millət vəkili bu təkliflə bağlı müsbət düşüncədə olduğunu ifadə edib:

“İşğaldan azad olunmuş bölgələrdə həm işğal, həm də zəfər mövqeləri inşa olunacaq. Prezidentin işğaldan azad olunmuş rayonlarla da bağlı təşəbbüsləri və ideyaları var. Bu təklif də uyğun olarsa, nəzərdən keçirilə bilər. Baş Plan, şəhərin coğrafiyası, relyefi, mövcud vəziyyət nəzərə alınmalıdır. Daha sonra aidiyyəti qurumların iştirakı və müzakirəsi ilə, Prezidentin bilavasitə rəhbərliyi ilə bu məsələyə baxıla bilər. Belə qərarın alınmasının məqsədəuyğun olacağını hesab edirəm”.

Mənbə: www.bakupost.az