Rusiya Mariupolu “kadırovçular"a verir – Şok səbəb

Rusiya Ukraynanın işğal edilmiş Mariupol şəhərinin idarəetməsini və “bərpa”sını çeçenlərə tapşıracaq.

Teleqraf.com xəbər verir ki, bunu Mariupol merinin müavini Petro Andryuşenko deyib.

Onun sözlərinə görə, şəhər sakinlərini qorxutmaq və müqaviməti yatırmaq üçün şəhərin “kadırovçular”a verilməsi nəzərdə tutulur.

Andryuşşenko qeyd edib ki, məlumat artıq qismən təsdiqlənib, çeçen siyasətçiləri artıq şəhərdəki işğalçılarla görüşüblər.

O bildirib ki, bu gün Mariupolda ilk dəfə olaraq şəhərdəki işğalçı rejimin nümayəndələri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablinin iştirakı ilə Çeçenistandan olan Adəm Dəlimxanov və Əhməd Dolqayevlə “işgüzar” görüş keçirilib.

Bundan əvvəl “Azov” alayından bildirmişdi ki, Mariupolu blokadadan çıxarmaq üçün diplomatik yolla yanaşı, hərbi plan üzərində də iş gedir. Bu prosesin Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ilə aparıldığı deyilmişdi.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Borrel: Ukraynada silahın bitməsinə imkan vermərik!

SONRAKI XƏBƏR

On minlərlə müəllim işsiz qalacaq? - "Kimlərsə bazar açaraq..."