Bayden İsveç və Finlandiya liderləri ilə görüşəcək

Bayden İsveç və Finlandiya liderləri ilə görüşəcək<span class="qirmizi"></span>

 

ABŞ Prezidenti Co Bayden mayın 19-da Vaşinqtonda İsveçin Baş naziri Maqdalena Anderssonu və Finlandiya Prezidenti Sauli Niinistönü qəbul edəcək. Ordu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti "Twitter"də bildirib.

Finlandiya və İsveç liderləri ölkələrinin NATO-ya üzvlüyünü və Ukraynadakı vəziyyəti Baydenlə müzakirə edəcək.

Ordu.az

 

Mənbə: ordu.az