Moldova MDB-ni tərk edir

Moldova MDB-ni <span class="qirmizi"> tərk edir</span>

 

Moldova Respublikası Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu bildirib.

Onun sözlərinə görə, Moldova MDB-də qalmağın əhəmiyyətini müzakirə etdikdən sonra müvafiq qərar qəbul edəcək.

Qeyd edək ki, Moldova MDB-nin tədbirlərində iştirakdan imtina edib. Rusiya bu ölkədən şərab idxalına qadağa qoyandan sonra Kişinyov Avropa bazarına üz tutub.

Mənbə: teleqraf.com