"ABŞ Ukraynaya İŞİD terrorçularını göndərir" - Rusiya kəşfiyyatı

"ABŞ Ukraynaya İŞİD terrorçularını göndərir" -  Rusiya kəşfiyyatı<span class="qirmizi"></span>

ABŞ kəşfiyyat orqanlarının iştirakı ilə İŞİD terror qruplaşmasının 60-a yaxın silahlısı həbsxanalardan Ukraynaya göndərilmək üçün azad edilib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Kəşfiyyat Xidməti məlumat yayıb.

“Aprel ayında Amerika kəşfiyyat xidmətlərinin iştirakı ilə 20-25 yaş arası 60-a yaxın İŞİD yaraqlısı suriyalı kürdlərin nəzarətində olan həbsxanalardan azad edilib. Daha sonra onlar Amerikanın "Et-Tanf hərbi bazasının ərazisinə göndəriliblər. Baza Suriyanın İordaniya və İraqla sərhəddinə yerləşir və onlar sonradan Ukrayna ərazisinə göndərilmək üçün döyüş təlimi keçiblər”, - məlumatda deyilir.

Tural Tağıyev

 

Mənbə: azvision.az