Rusiyayönlü erməni kinoprodüsser saxlanıldı

Ermənistan müxalifətinin əsas dəstəkçilərindən olan və rusiyayönlü mövqeyi ilə seçilən kinoprodüser Armen Qriqoryan saxlanılıb. O zorakılığa çağırışda ittihamı edilir. AzVision.az xəbər verir ki, bu barədə Qriqoryanın vəkili, hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.

"İndi mənə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsindən zəng gəldi. Armen Qriqoryan mənə bildirdi ki, o, Cinayət Məcəlləsinin 262.2-ci (zorakılıq tətbiq etməyə açıq çağırışlar və ya zorakılığın təbliği) maddəsi ilə saxlanılıb. Hazırda başqa təfərrüatlar yoxdur”, - Melikyan sosial şəbəkələrdəki səhifəsində yazıb.
Qriqoryan İrəvan Tibb İnstitutunun (YerMİ) ilk "KVN" komandasının üzvü kimi tanınır. O 1992 və 1994-cü illərdə ikiqat klub çempionu olub. Aktiv ictimai fəaliyyətlə məşğuldur və Rusiyayönlü mövqeyi ilə tanınır.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Bergen"in gəliri 160 milyona çatır

SONRAKI XƏBƏR

DİN-dən "Rəisim" mahnısına reaksiya