Armen Qriqoryan İrəvanda saxlanıldı

Armen Qriqoryan İrəvanda saxlanıldı<span class="qirmizi"></span>

Ermənistan hakimiyyətinə müxalif mövqeyi ilə tanınan kinoprodüsser Armen Qriqoryan İrəvanda saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Ruben Məlikyan deyib.

Onun sözlərinə görə, Qriqoryan zorakılığa çağırışda ittiham edilir.

Qeyd edək ki, A.Qriqoryan Ermənistanın iki dəfə çempionluq qazanmış ilk KVN komandasının üzvü olub. O, həmçinin anti-Rusiya mövqeyi ilə də seçilir.

Mənbə: axar.az