"Gürcüstan Putinin ona göz qoyacağından ciddi surətdə əndişələnir"

"Gürcüstan Putinin ona göz qoyacağından ciddi surətdə əndişələnir"<span class="qirmizi"></span>

"Putin Ukrayna uğursuzluğundan sonra "tez qələbə" əldə etmək və "öz simasını saxlamaq" üçün Gürcüstana hərbi müdaxilə edə bilər"

 

"Hazırda bu ölkədə göy və sarı rənglər ölkənin rəsmi rəmzləri kimi görünür"

 

"Gürcüstanın Ukraynaya dəstəyi təkcə rəmzi məna kəsb etmir, 3 minədək gürcü Ukrayna tərəfdə döyüşür"

 

"Bu gün Putin bizə heç nə etməyə bilər, amma sabah öz simasını qorumaq üçün Gürcüstana da əl qoya bilər"

 

Ukraynada uğursuz müharibə fonunda Rusiya "tez bir zamanda qələbə əldə etmək" və "öz simasını qoruyub saxlamaq" üçün Gürcüstana qarşı hərbi kampaniyaya başlaya bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Tbilisini ziyarət edən amerikalı siyasi analitik Linkoln Mitçel CNN nəşrində dərc etdiyi məqaləsində yazıb.

 

Ekspert qeyd edib ki, bu gün Gürcüstanda Rusiyanın təcavüzü fonunda Ukraynaya güclü dəstək hiss edilir.

 

"Pandemiya başlanandan ilk dəfə olaraq Gürcüstanın paytaxtı Tbilisiyə ayaq basanda mən o saat ingilis dilində divarlarda həkk edilən "F**k Putin" sözlərinə rast gəldim. Ondan bir neçə metr aralıda həmin ifadə rus dilində yazılıb, bir qədər sonra isə divarda gürcü dilində dostumun mənim üçün tərcümə etdiyi eyni sözlər həkk olunub", - Mitçel yazıb və əlavə edib ki, Tbilisinin əsas küçəsi olan Rustaveli prospektində iki yaşlı qadın Ukrayna rəmzləri ilə bəzədilən və ya ukraynayönümlü sözlər yazılan nişanlar, bayraqlar, qolbağılar və digər əşyaların satışı ilə məşğul olub.

 

Mitçel həmçinin danışıb ki, bir çox restoranların qapılarında "Putini hərbi cinayətkar hesab edən hər kəsi" salamlayan lövhələr, Gürcüstanın qırmızı- ağ rəngli bayraqları əvəzinə, göy- sarı- ağ rəngli bayraqlar asılıb.

 

"Göy və sarı rənglər indi ölkənin rəsmi rəngləri kimi görünür", - hərbi ekspert qeyd edib.

 

Bu zaman Ukraynaya dəstək təkcə rəmzi məna kəsb etmir, təxminən 3 min gürcü Rusiya Federasiyasına qarşı Ukrayna qoşunlarının tərəfində döyüşür, Mitçel yerli statistikaya əsaslanaraq məlumat verib.

 

Eyni zamanda, analitik bəyan edib ki, bu gün Gürcüstanda "Rusiyanın başqa cür müdaxiləsi" baş verir- Ukraynada tammiqyaslı müharibə başlanandan buraya Rusiyadan minlərlə rusiyalı qaçıb gəlib.

 

"Bəziləri Gürcüstanda özlərinin Putin əleyhinə baxışları ilə bağlı qala bilir, lakin gürcü təmaslarımdan anladım ki, ruslar buraya, əsasən, öz pullarını xərcləmək üçün gəlib", - məqalədə belə deyilir.

 

Mitçel 2008- ci ildə Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsini xatırladaraq, Rusiya qoşunlarının Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanı işğal etdiyini qeyd edib.

 

O zaman beynəlxalq birlik praktiki olaraq Gürcüstanın ərazi bütövlüyünün pozulmasına heç cür münasibət sərgiləməyib. Hazırda bu ölkədə Rusiyanın növbəti dəfə müdaxilə edəcəyi təqdirdə Qərbin yenidən müdaxilə etməyəcəyindən narahatlıq hökm sürür. Lakin belə fikir də var ki, Ukraynada genişmiqyaslı müharibədən sonra Qərbin dəstəyi Gürcüstanı da əhatə edəcək, - məqalədə belə deyilir.

 

Gürcüstan ərazisində döyüş əməliyyatlarının bərpa edilməsi barədə nigarançılıq həm də ölkənin siyasi dairələrində mövcuddur, Mitçel deyib.

 

"Parlamentin hakim "Gürcü arzusu" partiyası ilə bağlı olan üzvlərindən biri mənə deyib ki, onun narahatçılığı onunla bağlıdır ki, Putin Ukraynada tez bir zamanda qalib gələcəyi təqdirdə onun növbəti addımı Gürcüstana hərbi müdaxilə etməsi ola bilər. Amma başqa bir neçə ekspert və fəallar deyib ki, Putin Ukraynanın öhdəsindən gələ bilməyəcək, ona haradasa tez qələbə lazımdır və o, Gürcüstana da əl qoya bilər", - məqalədə belə deyilir.

 

Həmçinin gürcü diplomatlarından biri Mitçelə məlumat verib ki, "Putin kifayət qədər gözlənilməz adamdır" və Gürcüstana nə vaxt istəsə və heç bir bəhanə olmadan müdaxilə edə bilər.

 

Analitiklə söhbətində Rusiya təhlükəsindən narahatlığını həm də Gürcüstan prezidenti Salome Zurabişvili ifadə edib.

 

"Bu gün onlar heç nə etməyə bilər, amma istisna deyil ki, sabah onlar "öz simasını" qoruyub saxlamaq naminə nəsə etmək istəsinlər". Bu ssenarinin qarşısının alınması millətimizin daxilində olan birlikdən və öz müttəfiqlərimizlə daha möhkəm əlaqələrimizdən asılıdır", - dövlət başçısı deyib.

 

Bu zaman Zurabişvili Mitçelə deyib ki, hazırda Gürcüstanda Rusiyanın Ukraynaya qarşı müharibəsindən öncə olmayan "Avropa İttifaqına çıxış" mövcuddur.

 

"Bizim bu şansdan imtina etməyə ixtiyarımız yoxdir", - Gürcüstan prezidenti bəyan edib.

 

Qeyd edək ki, Linkoln Mitçel amerikalı siyasi analitik, ekspertdir, postsovet məkanı ölkələri, Şərqi Avropa, Yaxın Şərq və başqa regionlarda siyasətlə bağlı məqalələrin müəllifidir.

Tez- tez CNN, "Opinion", "NBC News" və "San Fransisco Examiner" nəşrlərində dərc olunur, həmçinin 2014- 2016- cı illərdə "The New York Observer" nəşrinin milli- siyasi müxbiri olub.

 

Mitçel 2006- 2013- cü illərdə Kolumbiya universitetinin beynəlxalq münasibətlər Məktəbində dərs deyib.

Mənbə: moderator.az