Ukraynada həlak olan daha bir briqada komandiri Rusiyada dəfn edildi...

Ukraynada həlak olan daha bir briqada komandiri Rusiyada dəfn edildi...<span class="qirmizi"></span>

Ukraynada həlak olan daha bir briqada komandiri Rusiyada dəfn edildi...

Rusiyanın 12-ci mühəndis briqadası Ukraynada müharibə başlayandan bəri artıq ikinci briqada komandirini itirib. Bu barədə BBC məlumat yayıb.

 

Məlumata görə, 12-ci əlahiddə Koenigsberg-Qorodok Qırmızı Bayraqlı mühəndis briqadasına komandirlik edən polkovnik Denis Kozlov mayın 17-də Vladimir vilayətinin Murom şəhərində dəfn edilib.

 

"Murom24" nəşrinin məlumatına görə, polkovnik mayın 11-də qoşunların çayı keçərək irəliləməsi üçün ponton keçidi qurarkən həlak olub. Məhz bu zaman Luqansk vilayətinin Beloqorovka kəndi yaxınlığında Severski Donets çayı üzərindən ponton keçidi qurmağa çalışan rus ordusu böyük itki verib.

 

Ölümündən iki gün əvvəl polkovnik Kozlov 12-ci briqadanın yerləşdiyi Başqırdıstanın Çişmı kəndində “Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə” keçirilən bayram mitinqində iştirak edib.

 

Xəbərdə xatırladılır ki, bu briqada artıq Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ikinci komandirini itirir: martın 14-də polkovnik Sergey Poroxnya da Ukrayna ərazisində öldürülmüşdü.

Mənbə: moderator.az