"İndi danışıqlara Putin deyil, Zelenski moderatorluq edəcək" - Podolyak

"Həqiqətən, Rusiya ilə danışıqlar prosesinə fasilə verilib".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O qeyd edib ki, bunun səbəblərindən biri Rusiyanın hazırda dünyada baş verən prosesləri başa düşməməsidir.

"Rusiya stereotipik düşüncə nümayiş etdirir. İkincisi, Rusiya başa düşmür ki, heç bir mənada müharibə artıq Rusiyanın qaydaları, qrafiki və ya planları ilə uyğun getmir. Ukraynanın müqaviməti və peşəkar müqaviməti getdikcə artır. Buna görə də Rusiya Federasiyası heç bir məqsədi çatmayacaq”, - deyə Podolyak bildirib.

Podolyak vurğulayıb ki, İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, irəliləyiş olmayıb, lakin istənilən müharibə danışıqlar masası arxasında bitdiyi üçün danışıqlar gec-tez davam etdiriləcək. Onun sözlərinə görə, indi danışıqlara Putin deyil Ukrayna prezidenti Volodimir Zelenski moderatorluq edəcək.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Əlillik dərəcələri bunlara əsasən veriləcək - RƏSMİ

SONRAKI XƏBƏR

II Elizabet gözlənilmədən metroya gəldi - VİDEO