Azərbaycan Ordusu Qarakilsəyə çata bilər - İrəvan təşvişdə

Azərbaycan Ordusu Qarakilsəyə çata bilər - İrəvan təşvişdə<span class="qirmizi"></span>

Artıq bir ildən çoxdur ki, azərbaycanlılar Qaragöl istiqamətində irəliləyiblər və uzaqlaşmırlar.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, Ermənistan hakimiyyəti təkcə, seçkiqabağı dövrdə Nikol Paşinyanın elan etdiyi kimi, Qaragölün 30%-nə görə müharibə elan etməmək yox, həm də azərbaycanlılara mane olmaq fikrində deyil.

“Gölə yaxın yaşayış məntəqələrindən bizə bildirilib ki, mövqelərdə növbətçi əsgərlərimizin sayı azalıb, mövqelər bir-birindən kifayət qədər uzaqdadır və rəqib istəsə, mövcud sərhədi keçə və hətta Qarakilsəyə çata bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az