II Elizabet gözlənilmədən metroya gəldi - VİDEO

II Elizabet gözlənilmədən metroya gəldi - VİDEO<span class="qirmizi"></span>

 

Britaniya kraliçası II Elizabet gözlənilmədən London metrosuna enərək onun adını daşıyan yeni xəttin açılışında iştirak edib.

Kraliça üzərində metro xəttinin adı yazılmış lövhəni açıb və onun tikintisində iştirak edən əməkdaşlarla görüşüb.

Sonra II Elizabet müvafiq aparat vasitəsilə nəqliyyat kartını doldurmağa çalışıb.

“Hamımız inanılmaz dərəcədə təsirləndik. Əlahəzrətə bu gün Elizabet Xəttini açmağa gəldiyinə görə minnətdarıq. Onu görmək çox gözəl idi”, - deyə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Qeyd edək ki, 96 yaşlı Kraliça səhhətilə bağlı problemlərə görə son vaxtlar Vindzor qəsrini nadir hallarda tərk edir.

 

Mənbə: lenta.ru

 

Mənbə: www.oxu.az