Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edəcək

Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı müraciət edəcək<span class="qirmizi"></span>

Finlandiya və İsveç sabah NATO-ya üzvlüklə bağlı müraciət edəcək.

APA-nın xəbərinə görə, bu barədə İsveçin Baş naziri Maqdalena Andresson Finlandiya Prezidenti Sauli Niinisto ilə Stokholmda keçirdiyi birgə mətbuat konfransında deyib.

O, İsveçin NATO çərçivəsində Türkiyə ilə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Finlandiya Prezidenti Sauli Niinisto isə ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı güclü dəstək olduğunu vurğulayıb.

“Demokratiya qalib gələcək. Bütün bu yaz Finlandiyada demokratiyanın triumfu olub” - deyə Finlandiya Prezidenti ölkə parlamentinin bu gün böyük çoxluqla NATO-ya üzvlük müraciətini qəbul etməsinə və əhalinin dəstəyinə münasibətində deyib.

Mənbə: www.bizimyol.info