Mariupol müdafiəçilərini daşıyan yeddi avtobus "Azovstal"dan yola düşüb

Mariupol müdafiəçilərini daşıyan yeddi avtobus "Azovstal"dan yola düşüb<span class="qirmizi"></span>

Mariupolun ukraynalı müdafiəçilərinin olduğu azı yeddi avtobus bu gün "Azovstal"dan yola düşüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib ki, Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.

Mayın 17-də Müdafiə Nazirliyi zavodun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlandığını elan edib.

Müdafiə Nazirliyinin məlumatına görə, mayın 16-da 53 ağır yaralı "Azovstal"dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya aparılıb.

Mənbə: report.az