Putin-Paşinyan görüşü görüntü xatirinə baş tutub – Zas Paşinyanı cavabsız qoymadı

Putin-Paşinyan görüşü görüntü xatirinə baş tutub – Zas Paşinyanı cavabsız qoymadı<span class="qirmizi"></span>

 

Dünən KTMT-yə üzv dövlətlərin liderlərinin görüşü baş tutub, burada Nikol Paşinyan KTMT-nin 2020-ci ildəki cavabından şikayət etmək fürsətini qaçırmayıb. Eyni zamanda, Paşinyan Rusiya prezidenti Vladimir Putinin Qarabağda müharibənin dayandırılmasında rolunu vurğulayıb. Dünən Putin-Paşinyan görüşü əvvəlcədən elan olunmasa da, görüş baş tutub. Paşinyan Kremldə Putinlə təkbətək söhbət edib. Paşinyana müraciət edən Putin qeyd edib:

“İkitərəfli gündəlikdəki məsələləri və regional məsələləri müzakirə etmək üçün sizinlə daimi əlaqə saxlayırıq. Bununla belə, həmişə çoxlu suallar var ki, bu da bizim dialoqumuzun intensivliyindən xəbər verir. İkitərəfli danışıqlarımızın əvvəlində qeyd etmək istərdim ki, son bir ildə biz ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının şahidi olduq, investisiyalar davam edir və biz azərbaycanlı həmkarlarımızla Qarabağ məsələsinin həlli istiqamətində fəal işi davam etdiririk. Suallar çoxdur, sizinlə görüşmək və bütün mövzularda danışmaq imkanım olduğu üçün şadam”.

Putin KTMT-yə üzv olan digər dövlətlərin rəhbərləri ilə görüşəndən sonra onun prosedur qaydalarına əməl edəcəyi, Paşinyanla “görüləcəyi” bəlli idi. Görüş hazırkı əhval-ruhiyyədən, KTMT liderlərinin internetdə geniş yayılan mimikalarından asılı olmayaraq baş tutub. İndi isə Paşinyana yaxın media nə qədər görüş faktını təqdim etməyə çalışsa da, onun çıxışını qalib kimi təqdim edib-etməsə də, Ermənistan-Rusiya münasibətlərində gərginliyin qaldığı, Ermənistanın təhlükəsizlik probleminin isə açıq-aşkar olduğu ortadadır. Yəni əsas problemlər həll olunmamış qalır.

KTMT-yə üzv ölkələrin sammitinin sonunda “Şant” televiziyası brifinqdə KTMT-nin baş katibi Stanislav Zasdan Nikol Paşinyanın qaldırdığı məsələ ilə bağlı KTMT-nin nə düşündüyünü soruşub. Stanislav Zas qeyd edib: “Bəli, məsələ müzakirə olunub. Böhranlara cavab sistemini təkmilləşdirmək üçün bir çox təkliflər irəli sürülüb. O cümlədən Ermənistan Baş naziri təkliflərini dilə gətirdi. Digər üzv dövlətlərin rəhbərləri də Qazaxıstanda baş verənlər əsasında təcrübəni nəzərə alaraq təkliflər veriblər. Ümumiyyətlə, demək istəyirəm ki, sistem işlədi. Bəli, aradan qaldırılmalı olan bəzi məsələlər var idi. Mütləq araşdırmalar aparılıb”.

KTMT-nin baş katibi Stanislav Zas da Ermənistan-Azərbaycan məsələsinə toxunub. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinin müsbət nəticələrinə baxmayaraq, Qafqaz regionunda gərginlik qalmaqdadır. “Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlər dayanmır. Belə bir şəraitdə üçtərəfli sazişlə Rusiyanın sülhməramlı missiyası vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayır”, - deyə Stanislav Zas bildirib.

Aqil Məmmədov
Ordu.az

 

Mənbə: ordu.az