Bu ölkədə ilk dəfə qadın prezident seçilə bilər

Bu ölkədə ilk dəfə qadın prezident seçilə bilər<span class="qirmizi"></span>

Albaniya tarixində ilk dəfə qadın ölkə prezidenti ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şimali Makedoniyanın “Makfax” portalı məlumat yayıb .
Onun sözlərinə görə, Albaniya Milli Parlamentində çoxluğa malik Albaniya Sosialist Partiyası dövlət başçısı vəzifəsinə öz namizədinin irəli sürülməsi üçün işçi qrupu hazırlayıb və artıq ilkin siyahı təqdim edilib. Buraya əvvəllər yüksək dövlət vəzifələrində çalışmış doqquz qadın daxildir.
Qeyd olunur ki, namizədlər arasında Albaniyanın keçmiş müdafiə naziri Mimi Kodeli, parlamentin keçmiş sədri Valentina Leskai, ölkənin keçmiş prokuroru İna Rama da var.

Mənbə: www.yeniavaz.com