Ukraynada öldürülən inquşların ailələrinə orden verildi

Ukraynada öldürülən inquşların ailələrinə orden verildi<span class="qirmizi"></span>

İnquşetiya rəhbəri Mahmud-Əli Kalimatov Ukraynadakı döyüşlər zamanı həlak olmuş 5 hərbçinin ailələrinə “İgidliyə görə” ordenini təqdim edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. "Kalimatov və Cənub Hərbi Dairəsinin Baş Qərargah rəisinin müavini general-mayor Vladimir Baluba Donbassda və ümumilikdə Ukraynada xüsusi hərbi əməliyyat zamanı həlak olmuş Rusiya Müdafiə Nazirliyinin hərbçilərinin ana və atalarına ordenləri təqdim ediblər”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya ordusunun tərkibində Ukraynaya xeyli sayda Qafqaz xalqlarından olan hərbçilər və döyüşçülər cəlb edilib.

Tural Tağıyev
 

 

Mənbə: azvision.az