Azərbaycan niyə kənarlaşdırıldı? - Avropa YŞ-dən cavab

Azərbaycan niyə kənarlaşdırıldı? - Avropa YŞ-dən cavab<span class="qirmizi"></span>

İdarəetmə prosesinə uyğun olaraq, Avropa Yayım Şurası (AYŞ) Avroviziya-2022” Musiqi Müsabiqəsinin yarımfinalında baş vermiş anlaşılmazlıqlara aydınlıq gətirməyə çalışır.

Bu sözləri Avropa Yayım Şurası Kult.az-ın sorğusuna cavab olaraq bildirib.

Qurumdan qeyd edilib ki, 6 iştirakçı ölkədə qeyri-qanuni səsvermə üsulları aşkarlanıb.

Ancaq AYŞ konkret hansı qanunsuzluq edildiyinə aydınlıq gətirməyib. AYŞ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, proses yekunlaşmadan bu barədə əlavə şərh verilməyəcək.

Qeyd edək ki, AYŞ Azərbaycan və daha 5 ölkəni münaiflər heyətindən çıxarıb. AYŞ üzvü olan İTV isə yaydığı açıqlamada qarşı tərəfi suçlayıb.

Mənbə: axar.az