Erməni antropoloq: “İnsanlar anlayırlar ki, bu gün biz müharibəyə hazır deyilik, ordu hələ özünə gəlməyib”

Erməni antropoloq: <span class="qirmizi">“İnsanlar anlayırlar ki, bu gün biz müharibəyə hazır deyilik, ordu hələ özünə gəlməyib”</span>

“Bu müxalifət bir sıra səbəblərə görə ictimai dəstək almır”. Ordu.az xəbər verir ki, bunu erməni mədəniyyət antropoloqu Ağasi Tadevosyan deyib.

Onun sözlərinə görə, Ermənistanda müxalifət cəmiyyətə inandırıcı fikirlər təqdim edə bilmir.

“Qarabağ bu hərəkat üçün bəhanədir. İnsanlar anlayırlar ki, bu gün biz müharibəyə hazır deyilik, ordu hələ özünə gəlməyib. İnsanlar miflərlə və ayrı-ayrı çağırışlarla yaşamırlar, Vanetsyan başqalarını günahlandırır, lakin o, insanların etibar etdiyi sima deyil”, - deyə Tadevosyan qeyd edib.

Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vigen Xaçatryan qeyd edib ki, Ermənistanda siyasi böhran yoxdur, böhran revanşistlərin düşərgəsindədir.

“Bu insanlar onları rədd etdikləri üçün insanları ələ salırlar. Müharibənin günahkarlarının cavabını növbədənkənar seçkilər verdi. Müxalifət çılğın vəziyyətdədir, qarşıya qoyulan problemi həll etmir. Bu, siyasi xuliqanlıqdır. Yaxın dörd ildə Qarabağın taleyi həll olunmayacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az