“Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır” - Reznikov

“Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır” - <span class="qirmizi">Reznikov</span>

“Rusiya Ukraynanın şərqini və cənubunu tam nəzarətə almağa çalışır və uzun müharibəyə hazırlaşır”. “AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqının müdafiə nazirlərinə və NATO-nun Baş katibi Yens Stoltenberqə deyib.

O, nazirləri Rusiyanın münaqişəni uzatmasına imkan verməməyə, Ukraynaya silah göndərilməsni koordinasiya etməyə çağırıb.

“Biz düşməni mümkün qədər tez məğlub etmək, ərazilərimizi azad etmək istəyirik. Buna görə də mümkün qədər tez və lazımi miqdarda xarici yardım qəbulunda, silah almaqda çox maraqlıyıq. Bizə tanklar, zirehli texnika, uzaqmənzilli silahlar lazımdır”, – Reznikov vurğulayıb.

Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel görüşdən sonra deyib ki, blok Ukraynanın avadanlığının tükənməsinə imkan verməyəcək.

“AzPolitika.info”

Mənbə: azpolitika.info