“Ukraynanın lideri uzaqgörən və müstəqil olmalıdır”

“Bugünkü Ukraynanın lideri sərt, müdrik, uzaqgörən və müstəqil olmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.

"Bu gün Ukrayna lideri sağa-sola baxmadan qərarlar qəbul etməlidir. O, vətənini, dövlətini sevən müstəqil insan olmalıdır", - Kadırov vurğulayıb.

Kadırov bir müddət əvvəl demişdi ki, Vladimir Zelenskini normal oğlan hesab edir, lakin son vaxtlar Ukrayna prezidenti nə işlə məşğul olduğunu özü də bilmir. Amerikanın köhnə silahlarını Ukraynaya sataraq bu ölkəni aldatdığını qeyd edən Kadırov bundan məyus olduğunu bildirib.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Ölümündən 80 gün sonra dəfn edilən "Buça terminatoru" - VİDEO

SONRAKI XƏBƏR

ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıya gəlib