Prezident İlham Əliyevin kraliça II Elizabetə Qarabağ atı hədiyə etməsi ilə bağlı İsveçrə mediasında məqalə dərc olunub

İsveçrənin securnews.ch internet saytında Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II ElizabetəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi –“Şöhrət” adlı Qarabağ atının təqdim olunması ilə bağlı məqalə dərc olunub.

Trend-in məlumatına görə,məqalədə bildirilir ki, son zamanlar ictimaiyyətdə nadir hallardagörünən 96 yaşlı Kraliça Vindzor qəsrində gözlənilmədən üzündə xoştəbəssümlə xüsusi hədiyyə qəbul edib. Azərbaycan RespublikasınınAtçılıq Federasiyasının iştirak etdiyi və Kral ailəsi üzvlərininşərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousundan sonraKraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinhədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Bununla yanaşı, Azərbaycanın tanınmış heykəltəraşı FaiqHacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbazatlarının heykəlləri də umumi hədiyyənin tərkib hissəsi olaraqKraliçaya təqdim edilib.

Daha sonra məqalədə Azərbaycandan olan iştirakçılar və onlarınçıxışları ilə bağlı məlumat verilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıya gəlib

SONRAKI XƏBƏR

Bu avropa ölkəsində ölüm cəzası təsdiqləndi