İsrail ordusunun zabiti: “Rusiyanın Ukraynadakı planı iflasa uğrayır”

İsrail ordusunun zabiti: <span class="qirmizi">“Rusiyanın Ukraynadakı planı iflasa uğrayır”</span>

Ukrayna qoşunları Xarkov yaxınlığında müdafiə qurmaq əvəzinə əks-hücuma keçərək rusları vilayətin mərkəzindən geri sıxışdırıblar. Ordu.az xəbər verir ki, bunu il Müdafiə Qüvvələrinin zabiti, hərbi ekspert Yiqal Levin bildirib.

O vurğulayıb ki, rusların planı iflasa uğrayır.

Hərbi ekspertlərin sözlərinə görə, Rusiyanın həmin qüvvələri geri çəkilərək İzyum istiqamətində qoşunların cinahını ifşa edir.

“Ruslar Ukrayna Silahlı Qüvvələrinin qarşısını almaq əvəzinə öz qüvvələrini İzyum istiqamətindən çıxarıb Xarkova köçürdülər”, - deyə zabit vurğulayıb.
 

 

Mənbə: ordu.az