ABŞ yunan oyununu niyə alqışlayır? - Oqtay

ABŞ yunan oyununu niyə alqışlayır? - Oqtay<span class="qirmizi"></span>

Egeydə 12 mil oyunu oynayan və davamlı şəkildə hava məkanımızı pozan Yunanıstanın əks qavrayış yaratmaq səylərini ayaqda alqışlarla təşviq edən ABŞ Konqresini sağlam düşüncəyə dəvət edirəm.

Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

“Rusiya-Ukrayna böhranına görə regional əməkdaşlığın hər zamankindən daha vacib olduğu bu günlərdə hər kəs nəyi müdafiə etdiyini, nəyi alqışladığını və nə dediyini iki dəfə düşünməlidir”, - Oqtay bildirib.

Mənbə: axar.az