Ramzan Kadırov Almaniya kanslerini şizofrenik adlandırdı

Rusiya Federasiyasının tərkibindəki Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Almaniya kansleri Olaf Şoltsu “şizofrenik” adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu “Znanie” cəmiyyətinin təşkil etdiyi marafon öncəsi çıxışında bəyan edib.

“Bu adam üçün dünyadakı qaydalar maraqlı deyil”, - deyə o, bildirib.

Qeyd etmək lazımdır ki, bundan öncə Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və müharibə ilə bağlı vəziyyəti müzakirə edib. Tərəflər müharibənin sülh yolu ilə nizamlanması üçün Rusiyanın hərbi əməliyyatları dayandırmasının gərəkli olduğu barədə ümumi rəyi ifadə ediblər.

Olaf Şoltsun fikrincə, hər kəs Ukraynada müharibənin şiddətlənməsindən narahat olmalıdır. “Bu savaş Almaniyanı iflic vəziyyətə salmamalıdır”, - deyə o, qeyd edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Avropa Komissiyası Ukraynaya 9 mlrd. avroluq yeni yardım təklif edir

SONRAKI XƏBƏR

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir