Erməni ekspert: “Azərbaycan İranın Ermənistanın yanında olmadığını göstərməyə çalışır”

Erməni ekspert: <span class="qirmizi">“Azərbaycan İranın Ermənistanın yanında olmadığını göstərməyə çalışır”</span>

“Baxın, indi İran bizimlə əməkdaşlıqda maraqlıdır. İran öz maraqlarına uyğun olaraq dəhliz məsələsini arenadan çıxarmaq üçün nəsə etməyə hazırdır”. Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Emma Beqicanyan deyib.

Onun sözlərinə görə, Ermənistan bütün məsələlərdə həmişə eyni səbəbdən gec qalıb.

“İndi Rusiya bu regionda öz işləri ilə məşğuldur, biz yalnız İranla əməkdaşlıq etməklə öz maraqlarımıza uyğun addımlar ata bilərik. Biz birlikdə işləməliyik”, - deyə Beqicanyan qeyd edib.

Erməni iranşünas vurğulayıb ki, Azərbaycan İranın Ermənistanın yanında olmadığını göstərməyə çalışır.
 

 

Mənbə: ordu.az