“VAXT RUSİYANIN ƏLEYHİNƏ İŞLƏYİR” – “Strateji məğlubiyyətə məruz qalan Moskva təslim olmaq istəmir”

“Rusiya qüvvələri Mariupol şəhərinin xarabalıqları üzərində nəzarəti ələ alsa da, Ukraynanın şərqindəki Donbas regionunu tuta bilməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə danışan hərbi analitiklər bildiriblər. Onların rəyinə görə, Rusiya Prezidenti Vladimir Putin cəbhə xəttinə yeni qüvvələr göndərə bilər, amma bu, çətin ki, ona Qərbdən ən müasir silahlar almaqda davam edən Ukrayna ordusuna qarşı üstünlük versin.

Polşadakı “Rochan” konsaltinq şirkətinin direktoru Konrad Muzıka agentliyə deyib: "Mənim zənnimcə, bu, indiki qüvvələr nisbətilə Rusiya üçün məğlubiyyətdir, ya da onlar səfərbərlik elan etməlidirlər. Mən bundan başqa seçim görmürəm”. Muzıka və başqa ekspertlər deyirlər ki, Rusiyanın müdaxiləçi qüvvəsi çox böyük itkilər verib. Onların fikrincə, Ukraynanın Qərbdən ən müasir silahlar aldığı bir vaxtda Rusiyanın üstünlüyə malik olmaq imkanları azalır.

Londondakı RUSI institutundan Neil Melvin isə deyir ki, Ukraynaya müdaxilə edən Rusiya qoşunları çətin vəziyyətdədir: "Vaxt Rusiyanın əleyhinə işləyir. Onların avadanlığı çatışmır. Onların təkmil raketləri qurtarmaq üzrədir. Ukraynalılar isə günü gündən güclənirlər”.

Xatırladaq ki, mayın 17-də Kremlin sözçüsü Dmitri Peskov yenə də deyib ki, Rusiyanın “xüsusi əməliyyatı” plan üzrə gedir və bütün məqsədlərə nail olunacaq. Lakin Rusiyanın hərbi ekspertlərindən istefada olan polkovnik Mixail Xodaryanok televiziya ilə çıxışında deyib ki, Moskva özünü arxayınlaşdırmağa son qoymalıdır.

Buna baxmayaraq Putinin qüvvələri İzyum şəhəri regionunda hücumlarını davam etdirməyə çalışır.

Hazırda Donbas regionunun 90 faizi Rusiyanın nəzarətində olsa da, Rusiya qüvvələri nə Kramatorsk, nə də Slovyanska aparan yolları tuta bilməyiblər.

ABŞ-ın qeyri-mənfəət CNA analitik mərkəzindən Maykl Kofman agentliyə bildirib ki, o Rusiyanın Donbası tamamilə əlinə keçirəcəyinə inanmır: "Onların qüvvələri çox zəifləyib. Ehtimal ki, əhval-ruhiyyələri də yüksək deyil. Ortalıqda qoşunları hücuma sövq etmək istəyən zabitlərin zəif cəhdləri var. Belə görünür ki, strateji məğlubiyyətə məruz qalan Moskva da təslim olmaq istəmir”.

Hərbi ekspert Muzıka isə əlavə edir deyir ki, Rusiya bütün hərbi qüvvələrini Donbasa yönəltsə də Ukraynanın Donetskdəki müdafiə xəttini yara bilmir: "Onlar İzyum tərəfindən irəliləyə bilməyiblər, odur ki, Severodonetsk və Liman istiqamətinə keçiblər. Belə görünür ki, onlar Severodonetsk və Liman isdtiqamətində Ukrayna qüvvələrini mühasirəyə almaq istəyirlər. Amma Ukrayna Xarkov istiqamətində Rusiya ilə sərhədə çatıb".

Vaşinqtondakı Müharibə Araşdırmaları İnstitunundan Cek Keyn bildirir ki, Rusiyanın hücumu divara dirəni: “Cəbhənin başqa istiqamətlərində, məsələn Xarkov ətrafında Ukrayna qüvvələri əks-hücuma keçib. Ukrayna hərbçiləri faktiki olaraq Rusiya qoşunlarını toplardan istifadə edə bilməyəcəkləri məsafədə geriyə oturdub”.

Bununla belə hərbi ekspertlər bu qənaətdədirlər ki, Rusiya qüvvələri ilə Donbas regionunda döyüşmək elə də asan olmayacaq. Kofman bu barədə deyib: "Bu çox ağır döyüş olacaq. Həm də potensial baxımdan uzun döyüş olacaq. Rusiya qoşunları hücuma keçə bilmirlər, amma asanlıqla təslim olmayacaqlar”.

Ukraynaya gətirilən Qərb silahları, xüsusən də M777 ağır haubitsa topları artıq cəbhə xəttində yerləşdirilib. İndi artıq ukraynalıların topları rusların toplarından daha uzağı vurur.

Bu o deməkdir ki, ukraynalılar arxa cəbhədən narahat olmayaraq əks-hücuma keçə bilərlər.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

İrəvanda polisə kəlla atan mitinq iştirakçısı axtarışa verildi

SONRAKI XƏBƏR

""Azovstal" zavodunda 959 ukraynalı əsgər təslim olub" - Rusiya MN