Tacikistan Çinlə sərhəddə antiterror əməliyyatına başladı

Tacikistan Çinlə sərhəddə antiterror əməliyyatına başladı<span class="qirmizi"></span>

Tacikistan Daxili İşlər Nazirliyi Çinlə sərhəddə hərbi əməliyyatlar keçirməsi barədə açıqlama verib.

Bakupost.az xəbər verir ki, dövlət qüvvələri Düşənbə-Kulma avtomobil yolunu bağlayan cinayətkar təşkilat qruplaşmasına qarşı əməliyyata başlayıb.

Qruplaşma qanunsuz olaraq beynəlxalq əhəmiyyətli yolu bağlayıb.

Bu əməldə məqsəd siyasi-ictimai vəziyyəti gərginləşdirməkdir.

Nazirlikdən bildirilib ki, hərbçilərin silahı yerə qoyma tələbinə əməl etməyən terrorçular silahlı müqavimət göstərib.

Onların silahı Tacikistandan kənarda alması, eləcə də təşkilata əcnəbi döyüşçüləri cəlb etməsi məlum olub.

Aygün Musayeva

BakuPost

Mənbə: www.bakupost.az