Aİ-dən Ukraynaya 9 milyard avro DƏSTƏK

Avropa İttifaqı Ukraynaya 9 milyard avro əlavə maliyyə dəstəyi verməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Ukraynaya yeni dəstək verəcəklərini bildirib.

"Ukrayna cəbhədə Avropa dəyərlərini müdafiə edir" deyən von der Leyen Ukraynanı dəstəkləməyə davam edəcəklərini əlavə edib.

Von der Leyen, Ukraynanın qısa müddətdə ehtiyac duyduğu maliyyəyə çıxışını təmin etmək istədiklərini ifadə edərək, "Ukrayna üçün 2022-ci ildə 9 milyard avroya qədər yeni makro-maliyyə yardımı təklif edirik", - ifadəsini işlədib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ukrayna XİN Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanımağa çağırış edib

SONRAKI XƏBƏR

Tacikistan Çinlə sərhəddə antiterror əməliyyatına başladı