ABŞ Cənubi Koreyada əlavə THAAD sistemi yerləşdirə bilər

ABŞ Cənubi Koreyada əlavə THAAD sistemi yerləşdirə bilər<span class="qirmizi"></span>

ABŞ Cənubi Koreyada əlavə THAAD (Terminal High Altitude Area Defense - Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi) Raket Əleyhinə Müdafiə (RƏM) sistemi yerləşdirə bilər. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

“YonHap” xəbər agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Cənubi Koreyanın tələbi ilə əlavə THAAD RƏM sisteminin yerləşdirilməsi gündəmdə ola bilər.

“Hər bir ölkənin təbii olaraq özünü müdafiə etmək hüququ var. Əvvəldə dediyim kimi, bu vəziyyətdə bizim saziş üzrə müttəfiqlərimizdən biri olan Cənubi Koreya Respublikasının Silahlı Qüvvələrinin müdafiəsi ilə bağlı öhdəliyimiz çox möhkəmdir. Cənubi Koreyanın müdafiəsi ilə bağlı öhdəliyimizi qoruyub saxlamaqla bağlı müzakirələr olacaq”, - deyə Prays bildirib.

Cənubi Koreyada hazırda 1 ədəd THAAD sistemi var, lakin sistemin burada yerləşdirilməsi Çindən ciddi iqtisadi reaksiyalar alıb.

“Army Recognition” portalının məlumatına görə, ABŞ və Cənubi Koreya ordusu 2020-ci ilin may ayında Seongjudakı THAAD bazasında yeni raketlər yerləşdirdiklərini elan ediblər.

THAAD qısa və orta mənzilli ballistik RƏM sistemidir, həm atmosfer daxilində, həm də xaricində ballistik raketləri ələ keçirə bilir.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az