"Putindən qəribə qoxu gəlirdi" - Fiona Hill

"Putindən qəribə qoxu gəlirdi" - Fiona Hill<span class="qirmizi"></span>

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiya üzrə müşaviri Fiona Hill axşam yeməyində Rusiya prezidenti Vladimir Putinin yanında oturmağın necə bir hiss olduğunu, o cümlədən onun ətrafa yaydığı qəribə qoxunu təsvir edib.

Bizimyol.info xəbər verir ki, Hill bu barədə “BBC Sounds”-un “Desert Island Discs” proqramında danışıb. Hill Rusiya prezidentinin zərif tikilmiş kostyumuna diqqət yetirib. Həmçinin Putinin “çox bahalı saatı” da Fiona Hillin diqqətini cəlb edib. Hill bildirib ki, Putin eynəkdən istifadə etsəydi, pis olmazdı – çünki o, böyük hərflərlə qeydlər yazılmış vərəqələrdən istifadə edirmiş.

“Mən onun bütün vərəqələrini oxuya bilirdim. Qeydlərdə kimin kim olduğu və onun nə deməli olduğu əksini tapmışdı”,- deyə Hill xatırlayır.

O həmçinin başqa maraqlı bir detala da diqqət yetirib: Şam yeməyi zamanı Putin heç nə yeməyib və heç nə içməyib.

 

Vladimir Putin

Bütün bunlar öz yerində, amma xanım Hillin ən çox yadında qalan detal Putinin qoxusu olub. O bildirib ki, Putinin qəribə qoxusu onun diqqətini cəlb edib: “Bu çox qəribə səslənir, amma onun qoxusu belə təəssürat yaradırdı ki, onu yenicə “yuyublar”. Ondan hər hansı odekolon ətri gəlmirdi, sanki o hansısa xüsusi hazırlanmış vannadan yenicə çıxmışdı”,- deyə Hill xatirələrini paylaşıb.

O əlavə edib ki, Putin başqalarının gözündə yaratdığı imicə tam olaraq nəzarət edirdi: “Mən düşündüm ki, buna bir bax, hər şey səhnələşdirilib, hər bir xırda detal səhnələşdirilib. Bu, bir tamaşadır”. Hill həmçinin xatırlayır ki, Putin danışmağa həvəsli deyilmiş və şam yeməyi boyunca ona gözucu baxmaqla keçib.

Fiona Hill Rusiya üzrə məsləhətçi kimi tanınır. Son aylar ərzində o, Putinlə bağlı bir çox açıqlamalarla çıxış edib. Noryabrda Hill demişdi ki, Tramp Putinə həsəd aparır, çünki o da ABŞ-ı öz bildiyi kimi idarə etmək istəyirdi. Yanvar və fevral aylarında Hill Putinin Ukraynaya hücum ehtimalından danışmışdı. O, bildirmişdi ki, Putinə bu cəsarəti Tramp verib, çünki ABŞ-ı Purinin gözündə zəif göstərib.

Bizimyol.info

Mənbə: www.bizimyol.info