Nikol Paşinyan İlham Əliyevin tələbini qəbul etdi - KİV

Nikol Paşinyan İlham Əliyevin tələbini qəbul etdi -  <span class="qirmizi">KİV</span>

Bu yaxınlarda Nikol Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycanın daha öncə təqdim etdiyi 5 təklifə cavab olaraq təxminən bir həftə əvvəl Azərbaycan tərəfinə ötürülən 6 təklifi açıqlayıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri yazıb.

Qeyd olunub ki, Nikol Paşinyan İlham Əliyevin tələbini qəbul edib.

“Ermənistan tərəfinin əlavə-təklifləri aşağıdakılardır. Ermənistanın Azərbaycan Respublikasına heç vaxt ərazi iddiası olmayıb və yoxdur. Ermənistan tərəfi üçün Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verməsi, onların hüquq və azadlıqlarına hörmət etməsi, eləcə də Qarabağın yekun statusunun müəyyənləşdirilməsi prinsipialdır. Erməni tərəfi 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarında göstərilən öhdəlikləri vacib hesab edir. Ermənistan tərəfi sülh və normallaşma sazişinin imzalanması üçün danışıqlara başlamağa hazırdır. Ermənistan tərəfi danışıqların təşkili üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib. Maraqlıdır ki, Ermənistan tərəfinin cavabında “Qarabağ heç bir status altında Azərbaycanın tərkibində ola bilməz” təklifi yer almayıb. Bundan başqa, “Dağlıq Qarabağ Respublikası” (qondarma qurum – red.) əvəzinə “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Bu o deməkdir ki, Nikol Paşinyan İlham Əliyevin tələbini nəzərə alıb və öz müqəddəratını təyinetmə hüququndan tamamilə imtina edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az