Azərbaycan səfiri Türkiyənin ədliyyə naziri ilə görüşüb

Azərbaycan səfiri Türkiyənin ədliyyə naziri ilə görüşüb<span class="qirmizi"></span>

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə yeni imkanların dəyərləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: report.az