Sabiq erməni direktor: “Paşinyan Kərkini yazılı şəkildə olmasa da, şifahi şəkildə təhvil verib”

 

Son günlər Ermənistanda anklavların təhvil verilməsi ilə bağlı söz-söhbətlər daha da aktivləşib ki, Paşinyan hakimiyyəti Kərki kəndini Azərbaycana verməyə hazırlaşır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov mayın 10-da bəyan edib ki, Azərbaycan Brüsseldə Ermənistan hakimiyyəti ilə sülh sazişinin imzalanması prosesinə başlamaq barədə razılığa gəlib, bu saziş çərçivəsində Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılacaq.

Ordu.az-ın məlumatına görə, Kərki kənd məktəbinin keçmiş direktoru Geğam Andreasyan deyib ki, Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatından sonra kənddə narahat əhval-ruhiyyə hökm sürür.

Onun sözlərinə görə, Şurnuxu kəndi təhvil verildikdən sonra Kərki əhalisinin bir hissəsi, təxminən 40%-i kəndi tərk edib, indi kənd sakinləri yenidən narahat, çaxnaşma əhval-ruhiyyəsindədirlər.

“2018-ci ildə Kərki məktəbinin bağlanması məsələsi müzakirə olunanda bu səlahiyyətlilər onu bağlamaq istəyirdilər. Mən şəxsən keçmiş təhsil və elm naziri Arayik Harutyunyana baş çəkmişəm, məktəbimizin aqibətinin necə olacağını soruşmuşam. Demişdi ki, məktəb bağlanmalıdır, o kənd də “havadan asılıb”. Mən hesab edirəm ki, Paşinyan təhvil verməyə hazır deyil, amma müharibənin sonunda nəyəsə imza atanda Kərkini yazılı olmasa da, şifahi olaraq təhvil verib. Yenə deyirəm, təhvil verməyə hazır deyil, ancaq artıq təhvil veriblər”, - deyə Andreasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya paraşüt dəstəsinə komandiri onlayn axtarır?| HDQ yenidən kütləvi qırğın silahlarına hazır olmalıdır

SONRAKI XƏBƏR

Pişiklərə qeyri-adi QADAĞA: Avqustun sonunadək...