Əli Əsədov Litva Prezidenti ilə görüşüb

Əli Əsədov Litva Prezidenti ilə görüşüb<span class="qirmizi"></span>

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 18-də Litva Prezidenti Qitanas Nauseda ilə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Mənbə: report.az