"Ukrayna hazırda Avropa dəyərlərini qoruyur..." - 9 milyard avroluq "Marşal planı"

Avropa Komissiyası "Ukraynanın bərpası planı"nı təsdiq edib. Bu plan təkcə maliyyə yardımını deyil, həm də ölkədə ciddi islahatların aparılmasını nəzərdə tutur.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen məlumat verib.

"Korrupsiya ilə mübarizə, dövlət idarəçiliyi, qanunun aliliyi və məhkəmələrin müstəqilliyi sahəsində həlledici islahatlar aparmaq lazım gələcək. İslahatlar planı "yaşıl" yenidənqurma, rəqəmsallaşma və əsas Avropa dəyərləri ilə" dəqiq uzlaşmalıdır", - Avropa Komissiyasının rəhbəri deyib.

Hələlik isə Avropa İttifaqı Ukraynaya əlavə 9 milyard avroluq yardım ayıracaq və öz müttəfiqlərini müharibədən sonra genişmiqyaslı rekonstruksiya planının müzakirəsi üçün toplayacaq.

"Ukrayna hazırda ön cəbhədədir, Avropa dəyərlərini qoruyur. Biz həm müharibə davam edənədək, həm də müharibədən sonra ölkənin bərpasında ukraynalılara dəstək verəcəyik", - Ursula fon der Lyayyen deyib.

Onun sözlərinə görə, bunun üçün gələcəkdə yüz milyardlarla avro tələb olunacaq. Onların bir hissəsini "Böyük yeddilik" ölkələri Rusiyadan almağa calışacaq.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək - RƏSMİ

SONRAKI XƏBƏR

Canni De Byazi: "Bakıda Tanrı kimi yaşayıram"