Prezident: "Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik"

Prezident: <span class="qirmizi">"Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik"</span>

Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək.

BAKU.WS xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

"Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir", - deyə ölkə başçısı əlavə edib.

Mənbə: baku.ws