Tacikistandakı vəziyyətdən narahatıq - Rusiya

Tacikistandakı vəziyyətdən narahatıq - <span class="qirmizi">Rusiya</span>

Moskva Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində vəziyyətin gərginləşməsindən narahatdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz Tacikistanın rəsmi hakimiyyət orqanlarının respublikanın Dağlıq Bədəxşan Muxtar Vilayətində cinayətkar ünsürlərin və onlara qoşulmuş ekstremistlərin təxribatına səbəb olan gərginliyin artması barədə məlumatı narahatlıqla qəbul etdik.

İlkin məlumata görə, ölənlər arasında Rusiya Federasiyası vətəndaşları yoxdur. Tacikistan hakimiyyəti vəziyyəti sabitləşdirmək və hadisə yerində ola biləcək Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyini vəd edir”, - Zaxarova söyləyib.

Mənbə: axar.az