"Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki..."

"Təhlükəsizliklə bağlı narahatlıqları anlayırıq və Türkiyənin təhlükəsizlik narahatlıqları da aradan qaldırılmalıdır".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.

Əsas diqqəti ikitərəfli danışıqlara yönəldəcəklərini, ABŞ-la anlaşılmazlıqların dialoq və diplomatiya yolu ilə həllini müzakirə edəcəklərini bildirən nazir Türkiyənin bu ölkə ilə ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəflədiyini qeyd edib.

"Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Türkiyə və ABŞ dost və müttəfiq olaraq daha yaxşı əməkdaşlıq etməlidir. Bu, təkcə bizim üçün deyil, bölgəmizdəki dost və müttəfiqlərimiz üçündür", - o bildirib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinə münasibət bildirən Çavuşoğlu müəyyən məsələlərdə narazılıqların olduğunu vurğulayıb:

"Türkiyə hələ bu müharibə başlamamışdan əvvəl NATO-nun açıq qapı siyasətini dəstəkləyir. Bu iki ölkənin mümkün NATO üzvlüyü ilə bağlı haqlı narahatlığımız da var. Onlar terror təşkilatlarını dəstəkləyirlər. Biz narahatlığımızı bildirdik, Berlindəki həmkarlarımın hər ikisi ilə danışdım. Biz təhlükəsizliklə bağlı narahatlıqları anlayırıq və Türkiyənin təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Obameyanq millidəki karyerasını başa vurdu

SONRAKI XƏBƏR

Kremldən ABŞ-yə “GÖZDAĞI”: Səfirliyin yerləşdiyi meydanın adı dəyişdirilir